Medianews.az
İran küçələri “böyrək bazarı”na çevrilib
65 baxış

İran küçələri “böyrək bazarı”na çevrilib

İranda sosial şəbəkə platformalarında yayılan görüntü geniş müzakirəyə səbəb olub.

Medianews.az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, fotoda bir kişinin küçədə əlində vərəq tutaraq öz qan qrupunu qeyd etdiyi və böyrəyini satmaq istədiyi qeyd olunub.

İctimaiyyət arasında böyük rezonans doğuran görüntü bir çox iranlının ağır iqtisadi böhran fonunda belə addımlara məcbur qaldığını göstərib.

Ekspertlər bunun ölkədə dərinləşən sosial-iqtisadi problemlərin daha bir göstəricisi olduğunu bildirirlər.

Bizə qoşulun