Azərbaycan Texnologiya Universitetinin professoru Mahal Şaban oğlu Qurbanov vəfat edib.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Texnologiya Universiteti məlumat yayıb:
“Azərbaycan Texnologiya Universitetinin Ümumi və tətbiqi riyaziyyat kafedrasının professoru Qurbanov Mahal Şaban oğlu dünyasını dəyişib.
Universitet rəhbərliyi və kollektivi adından professorun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyirik.
Allah rəhmət eləsin”.
