Medianews.az
Hülya Avşar həmin verilişə görə cəzalandırıla bilər
158 baxış

Hülya Avşar həmin verilişə görə cəzalandırıla bilər

Məşhur sənətçi Hülya Avşar və sosial media fenomeni Merve Taşkın barədə fahişəliyə təşviq, qeyri-etik ifadələr işlətmək, xalqı alçaltmaq iddiaları ilə prokurorluğa şikayət daxil olub.

Milli.Az xəbər verir ki, şikayətdə bildirilir ki, model Merve Taşkın Hülya Avşarın YouTube kanalında yayımlanan proqramında fahişəliyi asan gəlir əldə etmək imkanı kimi təqdim edib və lüks həyat tərzinin bu yolla təmin oluna bildiyini söyləyib.

Bu fikirlər əxlaqsızlığı cazibədar kimi göstərən dialoqlar yaradıb. Məlumata əsasən Hülya Avşar da qonağını təsdiqləyən və onun dediklərini adi hal kimi göstərən sözlər işlədib. Bu səbəbdən videoya giriş məhdudiyyəti tələb olunub.

Merve Taşkın daha əvvəl Sevgililər Günü ilə bağlı paylaşımına görə məhkəmə qarşısına çıxmışdı. O paylaşımda bu günü tək keçirəcək şəxslərə böyük məbləğ qarşılığında müşayiət edə biləcəyini yazmışdı. Vətəndaşların şikayətindən sonra aparılan araşdırma nəticəsində Taşkın barəsində hüquqi proses başlamışdı.

Bizə qoşulun