Medianews.az
Sərnişin təyyarəsində baqajdakı əşya səbəbindən
79 baxış

Sərnişin təyyarəsində baqajdakı əşya səbəbindən yanğın

Honq-Konqdan Sinqapura uçan sərnişin təyyarəsinin göyərtəsində baqajdakı əşyaya görə yanğın baş verib.

Medianews.az xəbər verir ki, hadisə noyabrın 22-də, təyyarə təyinat yerinə yaxınlaşarkən baş verib. 

Məlumata görə, buna səbəb  sərnişinlərdən birinin enerji batareyası ola bilər. 

Uçuş bələdçiləri yanğını tez bir zamanda söndürüblər və hava limanının təcili yardım xidmətlərinə xəbər veriblər. Onlar təyyarəni eniş zamanı gözləyiblər. Bütün sərnişinlər və ekipaj üzvləri həmişəki kimi sağ-salamat eniblər.

Medianews.az 

Bizə qoşulun