Medianews.az
Afaq Gəncəli: "Hər adamdan üzr istəyə bilmirəm"
1,111 baxış

Afaq Gəncəli: "Hər adamdan üzr istəyə bilmirəm"

afaq_genceli_0555 ATV telekanalında yayımlanan "Nə varsa" verilişinin qonağı teleaparıcı Afaq Gəncəli olub Afaq verilişin aparıcısı İlhamə Bədəlovanın "heç üzr istəmisiniz?" sualına belə cavab verib: "Bəli, üzr istəməyi bacarıram. İstər məndən yaşda böyük olsun, istər balaca, insan üzr istəməyi bacarmalıdır. Qarşındakı insana qiymət verməlisən ki, sonra ağzından çıxan kəlməyə görə üzr istəməyəsən. Amma bəzən də elə olur ki, bilmədən o insanın xətrinə dəyib və məcbur olub üzr istəyirsən. Hər adamdan üzr istəyə bilmirəm. Xətrinə dəydiyim insan mənə gərək o qədər yaxın olsun ki, ondan üzr istəyim. Yox, əgər o insan mənə yaxın deyilsə, ona jestimlə başa salaram ki, bilmədən olub. Amma elə insanlar da var ki, hər şeyə görə üzr istəyirlər. Dediyini deyir, əməlindən geri qalmır". Gecce.az

Bizə qoşulun