Medianews.az
Yaxın 5 ildə Avropa Birliyinin tərkibinə heç bir ölkə qatılmayacaq
163 baxış

Yaxın 5 ildə Avropa Birliyinin tərkibinə heç bir ölkə qatılmayacaq

828392_447401

Yaxın 5 ildə Avropa Birliyinə namizədlərdən heç kim bu iş üçün vacibi şərtləri yerinə yetirə bilməz. Bu barədə  Avropa Parlamentində Komissiyanın yeni tərkibinin  sədri təyin olunan Jan Klod Yunker bəyan edib.

«Yaxın 5 ildə  heç bir ölkə Avropa Birliyinə daxil olmayacaq. Hansısa namizədin bütün şərtləri yerinə yetirərək AB-yə daxil olmasını təsəvvür etmək çətindir», - deyə o, vurğulayıb. Bununla belə, o, bütün namizədlərlə üzvlüklə bağlı danışıqları davam edəcəyini də deyib.

Qeyd edək ki, Yunker Ukrayna xalqı haqqında danışarkən, onları avropalı adlandırıb: «Bu avropalıların Avropada öz yeri var». Lakin  Ukraynanın AB-yə üzvlük ehtimalı barədə bir söz deməyib.

Bizə qoşulun