Medianews.az
Həyatımızı dəyişdirəcək kəşf
395 baxış

Həyatımızı dəyişdirəcək kəşf

grafit     2004-cü ildə, İngiltərədəki Manchester Universitetindəki iki elm adamı, "Graf" (graphene) adı verilən və maraqlı xüsusiyyətlərə sahib olan karbon əsaslı bir maddə kəşf ediblər. Andre Geim və Konstantin Novoselov tərəfindən "21-ci əsrin ən maraqlı maddəsi" olaraq təyin olunan bu maddə müəlliflərinin 2010-ci ildə fizika sahəsində Nobel mükafatı qazanmalarına səbəb olub. Mütəxəssislər, "qrafin"in yaxın vaxtlarda həyatımızı dəyişdirəcəyini deyirlər. "Graf", insanlar tərəfindən yaradılan iki ölçülü tək maddədir. Bu yeni maddə, yalnız bir atom ölçüsündəki saf karbondan meydana gəlir. "Graf", əslində karandaşın içindəki qrafit kimidir ancaq içərisindəki atomlar sıxlaşdırıldığında poladdan 200 qat daha güclüdür. Manchester Universitetindəki "Graf" tədqiqatçılarından biri olan Aravind, maddənin tək xüsusiyyətinin bu olmadığını deyib. Aravind Vijayaraghavan: ""Graf", bükülə bilər, elastik, şəffaf və son dərəcə yüngüldür. İstiliyi və elektriki ən yaxşı keçirən maddədir. "Grafin"i inanılmaz edən də elə bu xüsusiyyətləridir. " Xərçəng müalicəsindən, toxunaqlı ekranlara, batareyalara qədər hər sahədə istifadə edilə bilər. Məsələn ən yaxşı tennis oyunçuları olan Novak Cokoviç və Andy Murray, "Graf" əsaslı raketlerdən istifadə edir. Ancaq incəliyi səbəbiylə, "grafin"i işləmək cox çətindir. Ətrafa dağılır, qırışır və hər şeyə də yapışır. Corc Mason Universiteti Mühəndislik Fakültəsi Professoru Dimitris Ioannounun dediyinə görə, bu çətinliklərinə görə "qrafin"in ardıcıl istehsalı üçün illər lazımdır. Professora görə "Graf" ağıllı telefonların ekranlarının inkişaf etdirilməsində və kiçik miqyaslı elektron cihazlardan istifadə üçün çox faydalı olacaq. İngiltərə və Avropa Birliyi, Manchesterdə 140 milyon dollar dəyərində “Milli Graf İnstitutu “qurur. Bütün dünyada, yeni maddəylə əlaqədar 10 000 patent var.

Ayişə Əhmədova 

Bizə qoşulun