
Çin kosmosda təcrübələr aparacq. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Çin rəsmiləri kosmosa göndərəcək heyətin tərkibini də müəyyənləşdirib. Kosmosa uçacaq raketdə Çin ordusunun 3 pilotu yer alacaq. Onlardan ikisi kişi biri isə qadındır. Yaxın günlərdə Ni Haişenq, Zhanq Xiaoquanq və qadın pilot Vanq Yapinq “Shengzhou-10” adlı raketlə kosmosa yola düşəcəklər.
Kosmonavtların orada 15 gün qalacaqları, tibb və texnologiya sahələrində təcrübələr aparacaqları bildirilir.