
Rusiyanın Volqoqrad şəhərində arvadının gözünü çıxarmaqda ittiham edilən 35 yaşlı kişi həbs edilib.
Arvadına bıçaqla hücum edən Andrey Aulov adlı şəxs qadının gözünü çıxarıb.
Polisdən qaçmaq istəyən Aulov qarajda gizlənsə də onu tutub istintaqa təhvil vermək mümkün olub.
Hadisə isə mayın 24-də baş verib. Arvadının gözünü çıxaran kişi hadisə yerindən qaçıb gizlənib. Axtarışa verilən Andreyi iyunun 6-da həbs etmək mümkün olub.