Medianews.az
Eyzel faciəsindən 28 il ötür
179 baxış

Eyzel faciəsindən 28 il ötür

Milli.Az xəbər verir ki, 29 may 1985-ci ildə Çempionlar kubokunun final oyununda Brüsselin "Eyzel" stadionunda "Liverpul" və "Yuventus" klubları qarşılaşmışdı.


Həmin vaxtı "Liverpul" fanatlarının oyundan əvvəl italyanlara hücumu nəticəsində divar çöküb və 39 "Yuve" azarkeşi faciəvi şəkildə vəfat etmişdi.

Hadisə nəticəsində ölənlərdən 32-si italyalı, 4-ü belçikalı, 2-si fransalı və 1-i isə irlandiyalı olub. 600 nəfər isə yaralanıb.

Kuboku isə Mişel Platininin penaldan vurduğu qol ilə "Yuventus" qazanıb.

Faciədən sonra "Liverpul" və "Yuventus" klubları ilk dəfə 2005-ci il 5 apreldə Çempionlar Liqasında qarşı-qarşıya gəliblər.

Oyun 2:1 "Liverpul"un xeyrinə başa çatıb.

Bizə qoşulun