Son dəqiqələrdə aldığımız məlumata görə daha bir cənc aktivist Ruslan Əsəd şəhərdə gəzərkən mülkü geyimlilər tərəfindən oğurlanıb və Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb.
Xatırladaq ki, Ruslan Əsəd “OL” hərəkatının üzvü və NDI beynəlxalq təşkilatının əməkdaşıdır.
***
Saat 18.40-da aldığımız məlumata görə, polis qüvvələri bu gün saxlanılmış gənc fəallara – Rəşad Həsənov və Ruslan Əsədə dəstək olmaq üçün istintaq idarəsinin qarşısına toplaşmış gəncləri heç bir səbəb göstərmədən qovub dağıdıb.
***
18.45-də verilən məlumata görə, Ruslan Əsəd həbsdən azad edilib, ancaq ondan bir saat əvvəl saxlanılmış Rəşad Həsənov hələ də idarədədir.