Medianews.az
Çox tez stresə düşən
68 baxış

Çox tez stresə düşən 4 BÜRC

Hər insan gündəlik həyatda stress yaşayır, amma bəzi bürclər hadisələrdən daha tez təsirlənir.

Astroloqlara görə, həssas və çox düşünən xarakterə sahib olan bürclər ən kiçik problemi belə ciddi qayğıya çevirə bilir. Onlar gələcək barədə həddindən artıq düşündüyü üçün tez panikaya düşür və emosional gərginlik yaşayırlar. Xüsusilə məsuliyyət hissi güclü olan bürclər stressi daha ağır keçirir.

Medianews.az ən tez stresə düşən4 bürcü təqdim edir:

Qız

Qız bürcü hər şeyi mükəmməl etməyə çalışdığı üçün tez-tez stress yaşayır. Ən xırda səhv belə onların günlərlə düşünməsinə və gərginlik keçirməsinə səbəb olur. Planlarının pozulması və ya işlərin istədiyi kimi getməməsi onları əsəbləşdirir. Daim hər şeyi analiz etmələri isə streslərini daha da artırır.

Xərçəng

Xərçəng bürcü emosional olduğu üçün hadisələrdən tez təsirlənir. Yaxın insanlarla bağlı problemlər onları dərhal narahat etməyə başlayır. Çox vaxt hisslərini içində saxladıqları üçün stresslərini gizli yaşayırlar. Bu səbəbdən kiçik məsələlər belə onların əhvalına mənfi təsir edə bilir.

Balıq

Balıq bürcü həddindən artıq düşünməyi ilə tanınır. Onlar gələcək barədə müxtəlif ssenarilər quraraq özlərini stressə sala bilirlər. Ətrafdakı insanların problemlərini belə öz problemləri kimi qəbul edirlər. Bu həssaslıq isə onların tez yorulmasına və gərginləşməsinə səbəb olur. Lazımsız duşücələr balıqlara əzab verir.

Əkizlər

Əkizlər bürcü enerjili görünsə də, daxilində tez narahat olan bürclərdəndir. Eyni anda çox şey düşünmələri onları psixoloji olaraq yorur. Qərar verməkdə çətinlik çəkdikdə stress səviyyələri daha da artır. Xüsusilə qeyri-müəyyən vəziyyətlərdə özlərini narahat hiss edirlər.(Metbuat.az)

Bizə qoşulun