Medianews.az
Tiflisdə iri ticarət mərkəzi yanır
186 baxış

Tiflisdə iri ticarət mərkəzi yanır

Tiflisin iri “Saba” ticarət mərkəzində güclü yanğın başlayıb. ANS PRESS-in “Qruziya Online”yə istinadən verdiyi məlumata görə, hadisə yerinə 20 yanğınsöndürmə briqadası göndərilib. 

Yanğın Bakı vaxtı ilə saat 20.40-da başlasa da, hələ də alovun qarşısını almaq mümkün olmayıb. Yanğının söndürülməsinə güclü külək mane olur.

Artıq idarət mərkəzində əsasən mebel satışı ilə məşğul olan tikililərdən biri tamam yanıb. Yanğın nəticəsində binanın bir hissəsi uçub. 

Tələfat və xəsarət alanlar barədə məlumat yoxdur.

 

Bizə qoşulun