Beynəlxalq Muğam Mərkəzində orta məktəb şagirdləri üçün muğam dərslərinin keçirilməsinə başlanılmışdır.
Dərslərin ayda 2 dəfə təşkil olunması nəzərdə tutulmuşdur. Burada Azərbaycanın görkəmli musiqiçiləri azyaşlılara muğam sənətinin incəliklərini öyrədəcəklər.
Proqramın birinci günündə Bakının 3 orta ümumtəhsil ocağının şagirdləri iştirak etmişlər. Onlara ilk dərsi Azərbaycanın görkəmli muğam ustası Alim Qasımov keçmişdir. O, azyaşlılara bu sənətin sirlərindən danışmış, onları maraqlandıran sualları cavablandırmışdır.
Beynəlxalq Muğam Mərkəzində dərslər 2014-cü ilədək davam etdiriləcəkdir.
azertag.com