Ötən gecə paytaxtın Səbail rayonunda faciəvi hadisə baş verib.
Medianews.az xəbər verir ki, saat 22 radələrində 2007-ci il təvəllüdlü Zeynəb Toğrulovna Əliyeva yaşadığı A.Abbaszadə küçəsi 17 ünvanındakı 20 mərtəbəli binanın 19-cu mərtəbəsinin dəhlizindən yıxılıb. O, hadisə yerində ölüb.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.//Qafqazinfo