Medianews.az
Zelenskidən Rusiyaya
87 baxış

Zelenskidən Rusiyaya çağırış

Rusiya mülki obyektlərə hücumlarını davam etdirir, Moskvaya təzyiq gücləndirilməlidir.

Medianews.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında danışıb.

Onun sözlərinə görə, Rusiya son hücumlarda Odessada sərnişin avtobuslarını, Zaporojyedə yaşayış binalarını və Xarkov vilayətində xəstəxananı hədəfə alıb:

“Belə hücumların hər günü Ukraynaya dəstəyin nə qədər vacib olduğunu göstərir. Ukraynanın daha çox hava hücumundan müdafiə sisteminə və insanların həyatını qorumaq üçün əlavə vasitələrə ehtiyacı var. Rusiyaya qarşı yeni sanksiyalar, Ukraynaya əlavə hərbi yardım paketləri və Avropanın “FREYJA” adlı yeni antiballistik layihəsi təzyiqi artırmalıdır. Yaxın günlərdə Ukraynanın müdafiəsini gücləndirməyə yönəlmiş yeni görüşlər və danışıqlar keçiriləcək”./Axar.az

Bizə qoşulun