Medianews.az
Zelenski: Kiyev və Vaşinqton arasında təhlükəsizlik zəmanətləri üzrə sənəd hazırdır
45 baxış

Zelenski: Kiyev və Vaşinqton arasında təhlükəsizlik zəmanətləri üzrə sənəd hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli sənədin hazırlıq prosesinin başa çatdığını bildirib.

"Report" xəbər verir ki, o, bu barədə fevralın 4-5-də ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli görüşlərin yeni raundundan əvvəl Ukrayna danışıqlar qrupu ilə müşavirədən sonra sosial şəbəkədə bildirib.

"Ukrayna nümayəndə heyəti həmçinin ABŞ tərəfi ilə ikitərəfli görüşlər keçirəcək. Ukrayna real addımlara hazırdır. Biz hesab edirik ki, layiqli və uzunmüddətli sülhə nail olmaq mümkündür. ABŞ ilə təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli sənəd hazırdır və biz bərpa və iqtisadi inkişaf üzrə sənədlər üzərində işləməyə ümid edirik", - məlumatda qeyd olunub.

Zelenski ötən həftə cümə gecəsi qüvvəyə minən gərginliyin azalması üzrə tədbirlərin əhəmiyyətini vurğulayaraq onların insanların danışıqlar prosesinə və mümkün nəticəyə olan inamını möhkəmləndirməyə kömək etdiyini qeyd edib.

Bizə qoşulun