Hindistan Rusiya neftini almağı dayandırmağa və ABŞ-dan və potensial olaraq Venesueladan daha çox neft almağa razı olub.
Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth”da yazıb.
O, Hindistanın Baş naziri Narendra Modi ilə telefonla danışdığını açıqlayıb.
Ağ Ev rəhbəri bildirib ki, bu qərar hər həftə minlərlə insanın öldüyü Ukraynada müharibənin başa çatmasına kömək edəcək.
Tərəflər, həmçinin tariflərin 25 faizdən 18 faizə endirilməsi ilə bağlı ticarət sazişi barədə razılığa gəliblər.