Dağıstanda 68 yaşlı kişi təhlükəsizlik qüvvələri haqqında etdiyi zarafat səbəbindən məhkum edilib.
Medianews.az xəbər verir ki, bu barədə “Mash Gor” teleqram kanalı məlumat yayıb.
Kişi sosial mediada hüquq-mühafizə orqanlarını hədəf alan zarafat videolarını görüb. Daha sonra polisə zəng edərək özünü terrorçu kimi təqdim edib. Eyni zamanda o, Rusiyada qadağan olunmuş təşkilatla əlaqəsi olduğunu və silah anbarı ilə planlaşdırılan hücumun yerini açıqlamağa hazır olduğunu iddia edib.
Məhkəmə terrorizm barədə yalan məlumat verdiyinə görə onu üç il müddətinə azadlıqdan məhrum edib.
Medianews.az