Yeni Kaledoniyada 55 yaşlı həkim köpəkbalığının hücumuna məruz qalıb.
Medianews.az xəbər verir ki, hadisə, kişi Sakit Okeanda külək sörfü edərkən baş verib.
Onun ailəsi sahildən baxıb və atalarının dalğalarda çırpınaraq qollarını yellədiyini, sonra isə su altında yoxa çıxdığını görüb. Heç kim ona kömək edə bilməyib.
22 fevral bazar günü yaxtmenlər həkimin cəsədini tapıblar. Onu həyata qaytarmağa çalışıblar, lakin artıq gec olub. Sağ qol, ayaq və sol baldırdakı ciddi yaralanmalar onun köpək balığı hücumu nəticəsində parçalandığını göstərib.
Medianews.az