Böyük Britaniya sakinlərinə qeyri-adi hava hadisəsi ilə bağlı xəbərdarlıq edilib.
Medianews.az xəbər verir ki, Copernicus Atmosphere Monitoring Service (CAMS) ölkədə qırmızımtıl yağışın müşahidə oluna biləcəyini bildirib.
Məlumata görə, Sahara səhrasından qalxan toz buludu təxminən 5000 kilometr məsafə qət edərək Avropanı keçib və Britaniyaya çatıb. Yağış zamanı havadakı toz hissəcikləri su damcılarına qarışaraq yağıntıya qırmızı çalar verəcək.
CAMS-in baş tədqiqatçısı Mark Perrinqton bildirib ki, toz buludu əsasən cənubi İngiltərə və La-Manş üzərindən yüksək hündürlüklərdə hərəkət edəcək. Həmin dövrdə bu bölgələrdə yağış ehtimalı var.
Qeyd olunur ki, bu cür fenomen nadir deyil. Oxşar hallar 2023 və 2024-cü illərdə də müşahidə olunub.
Medianews.az