Medianews.az
Yetkinlik yaşına çatmayan qızı qaçıran şəxs məhkəmə zalında həbs edildi
84 baxış

Yetkinlik yaşına çatmayan qızı qaçıran şəxs məhkəmə zalında həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə təqsirləndirilən Lətif Əkbərovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Medianews.az Pravda.az-a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, 1994-cü il təvəllüdlü Lətif Əkbərov 2024-cü il yanvarın 12-dən iyulun sonunadək qardaşının Beyləqan rayonundakı evində yetkinlik yaşına çatmamış, yəni on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan 2009-cu il təvəllüdlü, zərərçəkmiş S.S. ilə onun razılığı ilə təbii yolla cinsi əlaqədə olub.

O, məhkəmə ifadəsində bildirib ki, cinayət işində zərərçəkmiş kimi tanınan S.S. hazırda onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxsi ailə qurmaq məqsədilə qaçırıb və hazırda onların 2025-ci ildə anadan olan uşaqları var.

Beyləqan Rayon Məhkəməsinin hökmü ilə ona altı ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub və məhkəmə iclas zalında dərhal həbsə alınıb.

Bizə qoşulun