Medianews.az
Supermarketə girib avtomatdan atəş açdı –
81 baxış

Supermarketə girib avtomatdan atəş açdı – ANBAAN VİDEO

Ukraynada bir kişi supermarketə daxil olub avtomatdan atəş açmağa başlayıb.

Medianews.az xəbər verir ki, hadisə Donetskdə baş verib.

Daxili İşlər Nazirliyi əlində avtomat olan və nizamsız şəkildə atəş açan kişinin görüntüləri Mash Telegram kanalında yayımlayıb.

Kişi tez bir zamanda zərərsizləşdirilib  polis xidməti silahlarından istifadə etməyə məcbur olub. O, AK-47 avtomatı ilə silahlanıb.

Müştərilər və ya işçilər arasında heç kim xəsarət almayıb. Polis hücumun səbəbini araşdırır.

Cinayətkarı zərərsizləşdirən polis əməkdaşları mükafata - "Cəsarətə görə" medalına namizəd göstəriləcəklər.

Medianews.az

Bizə qoşulun