Medianews.az
Yeni ili kim harada və necə qarşılayacaq? - Paytaxtda maraqlı sorğu
113 baxış

Yeni ili kim harada və necə qarşılayacaq? - Paytaxtda maraqlı sorğu VİDEO

Deyilənə görə, "At ili" hərəkət və enerji rəmzidir. Bir neçə gün sonra 2025-ci ili yola salıb, 2026-cı ili qarşılayacağıq.

Baku TV komandası paytaxt sakinlərinin Yeni ili harada qeyd edəcəkləri ilə bağlı sorğu keçirib.

Sakinlər bayram planları və arzularını belə bölüşüblər:

"Yeni ili Azərbaycanda, öz vətənimizdə qeyd edəcəyik. Ailə üzvlərimizlə birlikdə restoranda olmağı planlaşdırırıq".

"Yəqin ki, bayramı Qusarda qeyd edəcəyik. Arzulayıram ki, qarşıdan gələn il indiyədək keçirdiyimiz illər arasında ən yaxşısı, uğurlusu, xeyirlisi və düşərlisi olsun".

Yerli sakinlərlə yanaşı, paytaxtımızı ziyarət edən turistlər də öz bayram planlarını açıqlayıblar:

"Bakı inanılmaz dərəcədə gözəldir. Buranı hər kəsə tövsiyə edirəm. Qardaş ölkədir. Biz də Yeni ili restoranda qeyd edəcəyik".

Daha ətraflı süjetdə:

Bizə qoşulun