Medianews.az
Yamal
84 baxış

Yamal zədələndi

"Barselona"nın futbolçusu Lamin Yamal zədələnib.

Medianews.az QOL.az-a istinadən xəbər verir ki, 18 yaşlı hücumçu İspaniya La Liqasının 33-cü turunun "Selta"ya qarşı ev oyununda (1:0) sıradan çıxıb.

O, ilk hissənin sonlarında penalti qazanıb və  zərbəni özü vurub. Bundan sonra Yamal meydanda buduna yapışaraq uzanıb. Daha sonra o, meydanı tərk edib. 

ESPN-nin yaydığı məlumata görə, ilkin diaqnoz bud əzələsinin yırtığıdır. Forvardın cari mövsüm meydana çıxa bilməyəcəyi gözlənilir. Lakin futbolçunun daha dəqiq durumu bugünkü tibbi müayinədən sonra müəyyənləşəcək.

Yamal 2025/26 mövsümündə 45 oyunda 24 qol vurub və 18 məhsuldar ötürmə edib.

Bizə qoşulun