Medianews.az
Xamenei səlahiyyətləri ona həvalə etdi -
68 baxış

Xamenei səlahiyyətləri ona həvalə etdi - Tehrandan TƏCİLİ QƏRAR

ABŞ-nin nüfuzlu nəşri “The New York Times” qəzeti Tehran və Vaşinqton arasında artan gərginlik fonunda İranın mümkün hərbi ssenarilərə qarşı daxili hazırlıq planlarını araşdırıb.

Bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

Qəzetin yazdığına görə, ABŞ ilə qarşıdurma riskinin yüksəlməsi fonunda İran hakimiyyəti idarəetmə və müdafiə strukturunda mühüm dəyişikliklərə gedib.

Məlumata əsasən, İranın ali lideri Əli Xamenei müharibə şəraitində siyasi sistemin davamlılığını təmin etmək məqsədilə əlavə səlahiyyətləri Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə həvalə edib./Musavat.com 

Bizə qoşulun