Xəbər verdiyimiz kimi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad olunub. Bununla bağlı qurumun Müşahidə Şurası qərar qəbul edib.
Medianews.az TƏBİB-in rəhbəri ilə bağlı qərar qəbul etmək səlahiyyəti olan Müşahidə Şurası barədə məlumatı təqdim edir.
Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti 13 may 2022-ci il tarixində Fərman imzalamışdır. Fərmana əsasən TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər 4 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.
TƏBİB-in Müşahidə Şurası
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri
Səhiyyə nazirinin müavini
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri