Rusiyada Ermənistan parlamentinin sədrindən müsahibə alan jurnalistə qiyabi həbs cəzası verilib.
Medianews.az bildirir ki, bu barədə erməni mediası xəbər yayıb.
Moskvanın Qolovinski rayon məhkəməsi “Dojd” qəzetinin jurnalisti Yekaterina Kotrikadzeni (Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent və arzuolunmaz təşkilat kimi müəyyən edilib) qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə məhkəmənin mətbuat xidmətindən RBK-ya bildiriblər.
Təqdimatçı Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin "d" bəndi (Rusiya Silahlı Qüvvələrinin istifadəsi ilə bağlı bilə-bilə yalan məlumatların açıq şəkildə yayılması) ilə təqsirli bilinib. Bu maddə üzrə maksimum cəza on ilədək həbsdir; prokurorluq bundan əvvəl Kotrikadzenin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, Kotrikadze bu yaxınlarda Ermənistan parlamentinin spikeri Alen Simonyandan müsahibə alıb və fevralın 15-də həmin müsahibə dərc olunub.