Medianews.az
“Hazıram, amma Putin də icazə verməlidir” -
60 baxış

“Hazıram, amma Putin də icazə verməlidir” - Kadırov

“Namizədliyimi irəli sürməyə hazıram, amma Vladimir Putininin də icazəsi lazımdır”.

Medianews.az Kadırov bildirib ki, Çeçenistanın Baş naziri Maqomed Daudov Əhməd-Hacı Kadırovun komandası və bütün çeçen xalqı adından ona müraciət edərək, “Vahid Rusiya” partiyasından namizədliyini müəyyən etmək üçün ilkin səsvermədə iştirakını xahiş edib.

Xalqın və komandasının etimadını yüksək qiymətləndirdiyini qeyd edən Kadırov həlledici sözün dövlət başçısında olduğunu vurğulayıb:

“Mən Maqomed Xocamədoviçə və müttəfiqlərimə təşəkkür etdim. Vurğuladım ki, yalnız milli liderimiz, Prezident Vladimir Putin dəstəklədiyi təqdirdə namizədliyimi irəli sürməyə razı olaram”.

Qeyd edək ki, Çeçenistan Respublikasına rəhbər seçkiləri 2026-cı ilin payızında keçiriləcək. Ramzan Kadırov hələ 2023-cü ilin iyulunda qarşıdan gələn seçki kampaniyasında iştirak etmək niyyətini dilə gətirmişdi.

Bizə qoşulun