Yunanıstanın muxtar bölgəsi olan Afon dağı qadınların girməsinin qadağan edilməsi ilə seçilir.
Medianews.az xəbər verir ki, yarımadada Bizans dövrünə aid sərt qaydaların tətbiq edildiyi yalnız kişi rahiblər yaşayır. Yunanıstanın şimal-şərqindəki Halkidiki yarımadasında yerləşən Afon dağı Pravoslav dünyasının mərkəzi hesab olunur. Bildirilir ki, bölgədə monastır həyatı X əsrdən bəri davam edir. Ərazi Yunanıstana məxsus olsa da, tamamilə müstəqil inzibati struktur tərəfindən idarə olunur. Yarımadanı dünyanın qalan hissəsindən fərqləndirən məqam "Avaton" adlı qədim giriş qadağasıdır. Bu qaydaya görə, qadınların bölgəyə girməsi cinayət hesab olunur və qadağa o qədər genişdir ki, hətta dişi heyvanların da içəri girməsinə icazə verilmir.
Pravoslav inancına görə, yarımada tamamilə Məryəm Anaya həsr olunmuş müqəddəs bağ hesab olunur və buna görə də bölgədə başqa qadınların olmasına icazə verilmir.