Medianews.az
“Vouk virusu oğlumu öldürdü” –
234 baxış

“Vouk virusu oğlumu öldürdü” – İlon Mask

“Vouk virusu oğlumu öldürdü”. Medianews.az xəbər verir ki, bu sözləri mayın 18-də amerikalı milyarder İlon Mask sahibi olduğu “X” platformasında yazıb.

İngiliscədən (“Woke mind virus”) tərcümədə “aşıb-daşan ağıl virusu” mənasını verən vouk virusu ifadəsindən əsasən LGBT (lezbiyan, gey, biseksual və transgender sözlərinin baş hərflərindən yaranmış abreviatura) kimi ideyaları tənqid edərkən istifadə olunur.

“Vouk virusu oğlumu öldürdü” deyəndə İlon Mask oğlu Ksavyer Aleksandr Maskı nəzərdə tutur.

Ksavyer Aleksandr cinsini dəyişərək özünə qız adı götürüb: Vivian Cenna Uilson.

Bundan sonra Maskla övladı arasında bitməyən bir gərginlik baş qaldırıb.

Mask hətta bir dəfə vouk virusunu məhv edəcəyinə and da içmişdi.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun