“Avropa İttifaqı (Aİ) 2030-cu ilə qədər Ukraynanı birliyə qəbul etməyi planlaşdırır ki, bu da Rusiya ilə birbaşa hərbi münaqişəyə səbəb ola bilər”.
Medianews.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban özünün Facebook səhifəsində deyib.
"Brüssel Rusiya ilə müharibəyə hazırlaşır və onun artıq müharibəyə girmə tarixi var: 2030. Brüsselin başlatdığı silah proqramının bəyan edilmiş məqsədi İttifaqı 2030-cu ilə qədər müharibəyə hazırlamaqdır. Və 2030-cu il həm də Ukraynanın Aİ-yə sürətləndirilmiş üzvlüyü üçün hədəf tarixdir", - Macarıstanın baş naziri yazıb.
O, həmçinin xatırladıb ki, Aİ-yə üzv olan bir ölkənin ərazisində münaqişə avtomatik olaraq birliyin digər ölkələrini də ona qoşulmağa məcbur edir.
Medianews.az