Videobloger Günel Ağayeva xüsusi ittiham qaydasında məhkəməyə verilib.
Bu barədə xüsusi ittihamçının nümayəndəsi Aqşin Məmmədov məlumat verib.
Onun sözlərinə görə, proses Nizami rayonu məhkəməsində keçirilir.
Belə ki, Günel Ağayeva öz "TikTok" və "instaqram" sosial şəbəkə hesablarında xüsusi ittihamçını "dələduz" və "maşennik" adlandıraraq, onun barəsində böhtan və təhqir xarakterli məlumatlar yayıb.
Videobloqerə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) və 148-ci (təhqir) maddələrinə əsasən xüsusi ittiham qaydasında cinayət işi açılıb.
Hazırda Nizami rayon məhkəməsində cinayət işinin istintaqı davam etdirilir./unikal/