Dohada ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa görüşlərin keçirilməsi planlaşdırılmır.
Bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, tərəflər arasında dolayı danışıqlarda əsas müzakirə mövzuları Hörmüz boğazındakı vəziyyət, İranın nüvə proqramı və regiondakı ümumi vəziyyət olacaq.
Əl-Ənsari vurğulayıb ki, Qətərin mövqeyi dəyişməzdir və ölkə beynəlxalq statusa malik Hörmüz boğazında gəmiçiliyin maneəsiz təmin edilməsini vacib hesab edir./publika.az