Sovet dövrünün ən nadir nəqliyyat vasitələrindən biri olan milis avtomobili satışa çıxarılıb. Uzun illər qorunub saxlanılan bu texnika kolleksiyaçılar üçün əsl tapıntı hesab olunur.
Demokrat.az xəbər verir ki, söhbət 1974-cü il istehsalı olan "VAZ-2103" modelindən gedir. Satıcı avtomobilin tam işlək vəziyyətdə olduğunu və üzərindəki zavod rənginin hələ də qaldığını bildirir. Hətta maşının qapılarındakı Dövlət Avtomobil Müfəttişliyinin (DAİ) gerbi də ilkin görünüşünü itirməyib.
Nadir eksponatın kapotunun altında 75 at gücünə malik 1,5 litrlik mühərrik yerləşir. Dörd pilləli sürət qutusu ilə təchiz edilən sedan üçün 7,5 milyon rubl (təxminən 170 min manat) qiymət qoyulub.
28.04.2026, 06:36
106
baxış
Zara Editor