Medianews.az
Bu telefonlarda "WhatsApp" işləməyəcək — Siyahı yeniləndi
100 baxış

Bu telefonlarda "WhatsApp" işləməyəcək — Siyahı yeniləndi

Milyonlarla insanın gündəlik ünsiyyət vasitəsi olan "WhatsApp" bəzi smartfonlarla vidalaşmağa hazırlaşır. Belə ki, sentyabrın əvvəlindən etibarən minlərlə istifadəçinin tətbiqə girişi məhdudlaşdırılacaq.

Demokrat.az xəbər verir ki, populyar mesajlaşma platforması 2026-cı il sentyabrın 8-dən etibarən Android 6.0-dan aşağı əməliyyat sistemi ilə işləyən cihazlara dəstəyi kəsəcək. Xüsusilə Android 5.0 və 5.1 versiyalı köhnə model telefon sahibləri bu dəyişiklikdən ən çox təsirlənən tərəf olacaq.

Şirkət rəsmiləri bildirirlər ki, tətbiqin yeni təhlükəsizlik şifrələmələri və müasir funksiyaları köhnə sistemlərdə stabil çalışmır. Performansın aşağı düşməsi və kiberhücum riskləri platformanı bu addımı atmağa məcbur edib.

İstifadəçilərə tövsiyə olunur ki, mesajlarının və vacib sənədlərinin itməməsi üçün Google Drive vasitəsilə ehtiyat nüsxələr yaratsınlar. Əgər telefonun proqram təminatını yeniləmək mümkün deyilsə, tətbiqdən istifadəni davam etdirmək üçün daha yeni model cihaza keçid qaçılmaz olacaq.

"Apple" cihazlarından istifadə edənlər üçün hələlik ciddi bir narahatlıq yoxdur. Belə ki, iOS 15.1 və daha yuxarı versiyaya malik "iPhone" modellərində platforma normal qaydada fəaliyyət göstərəcək.

Yəni, sentyabrın 8-dən sonra köhnə nəsil Android telefonlarda "WhatsApp" açılmayacaq və mesaj yazmaq mümkün olmayacaq.

Bizə qoşulun