Medianews.az
Onkoloq xərçəng hüceyrələrini məhv edə bilən 4 qidanı sadaladı
118 baxış

Onkoloq xərçəng hüceyrələrini məhv edə bilən 4 qidanı sadaladı

Xərçəng hüceyrələri hər gün bədənimizdə yaranır, lakin güclü immun sistemi onların böyüməsinə imkan vermir. Müdafiə mexanizmi zəiflədikdə isə xəstəlik üçün münbit şərait yaranır.


Demokrat.az xəbər verir ki, tanınmış onoloq Uilyam Li orqanizmin müdafiə sistemini gücləndirən dörd əsas qidanın adını açıqlayıb. Həkimin sözlərinə görə, mikroskopik xərçəng hüceyrələri daim formalaşsa da, sağlam immun sistemi tərəfindən dərhal məhv edilir. Əsas təhlükə siqaret çəkmək və ya həddindən artıq günəş altında qalmaq kimi amillər nəticəsində yaranan xroniki iltihablar zamanı ortaya çıxır.

Uilyam Li bildirib ki, bəzi məhsullar orqanizmin müdafiə gücünü artırmağa kömək edir.

"Qida birbaşa xərçəngdən qorumur. Bunu dəqiqləşdirmək istəyirəm. Qida orqanizmin xərçəng hüceyrələri və iltihabla mübarizə qabiliyyətini gücləndirməyə yardımçı olur" – deyə o qeyd edib.

Onkoloqun siyahısında soya, pomidor, alma və müxtəlif giləmeyvələr yer alır. Li izah edib ki, bu məhsulların tərkibində immun sisteminin normal fəaliyyəti üçün zəruri olan çoxlu sayda vitamin, polifenol və antioksidant var.

Yəni, sağlam qidalanmaq birbaşa dərman deyil, lakin bədənin xəstəliklərə qarşı öz qalxanını qurmasına kömək edən vacib vasitədir.

Bizə qoşulun