Medianews.az
Varlıların "gizli marşrutu": Onlar necə istirahət edir?
114 baxış

Varlıların "gizli marşrutu": Onlar necə istirahət edir?

Lüks dünyasında yeni səyahət və həyat tərzi trendləri ön plana çıxır. 

Demokrat.az xəbər verir ki, "Immersive Wayfaring" (kəşf səyahətləri) ənənəvi turizm mərkəzləri əvəzinə yerli mədəniyyətləri və ənənələri daha dərindən kəşf etməyi hədəfləyir. 

“Inheritourism” (miras turizmi) isə zəngin ailələrin birlikdə səyahət etdiyi və Z nəslinin nümayəndələrinin valideynlərinin səyahət vərdişlərini mənimsəyərək onlara qoşulduğu tendensiyanı ifadə edir. “Az, amma keyfiyyətli” qastronomiya isə gurme qida sektorunda keyfiyyətə fokuslanan yanaşmanın güclənməsini göstərir.

Qlobal lüks istehlak bazarı iki illik durğunluqdan sonra yenidən artım mərhələsinə keçməyə hazırlaşır. Lakin bu bərpa ənənəvi lüks məhsul satışlarından daha çox zəngin istehlakçıların dəyişən xərcləmə vərdişləri və “təcrübə” yönümlü seçimləri hesabına formalaşır. 

“Bain & Co.” konsaltinq şirkəti və İtaliya lüks istehsalçıları birliyi “Altagamma” tərəfindən yayımlanan son hesabatda qlobal lüks məhsul satışlarının 2026-cı ildə 1–4% aralığında artacağı proqnozlaşdırılır. Hesabatda şəxsi lüks istehlak bazarının bu il 365–373 milyard avro (təxminən 413,6–422,7 milyard dollar) həcmə çatacağı bildirilir.

Hesabatın ən diqqətçəkən nəticələrindən biri 2021-ci ildən sonra ilk dəfə ABŞ-ın lüks istehlak artımında lider mövqeyə yüksəlməsidir. ABŞ-dakı bu dinamikanın əsas səbəblərindən biri “aspirasion istehlakçı” adlandırılan, lüksü həyat tərzi hədəfi kimi görən və bu məhsullara yönələn kütlənin artmasıdır.

Bununla yanaşı, Yaxın Şərqdə geosiyasi gərginliklər və İranla yaşanan münaqişənin təsirləri bəzi bazarlarda durğunluq yaradıb. Müharibədən əvvəl dünyanın ən sürətlə böyüyən lüks mərkəzlərindən biri olan Dubay (BƏƏ) turizm asılılığı səbəbindən hələ tam bərpa olunmayıb. Analitiklər Yaxın Şərqdə sabitlik və Çində tələbin artması halında qlobal böyümənin daha da sürətlənəcəyini bildirirlər. 

Varlı istehlakçıların prioritetləri kəskin şəkildə dəyişir. Status simvolu olan maddi əşyaların nümayişi əvəzinə səyahət, xüsusi tədbirlər və gurme təcrübələr daha çox önəm qazanır. Lüks məhsul satışları cəmi 1–4% artım göstərdiyi halda, təcrübə yönümlü xərcləmələrin bu il 3–7% artacağı gözlənilir. Qeyd olunur ki, qida, əyləncə və istirahət sahələrində rezervasiyalar təxminən 30% artıb.

“Bain & Co.” şirkətinin baş tərəfdaşı Klaudiya D’Arpizio bu dəyişimi belə izah edib: "Bu il təcrübə əsaslı lüks sahəsində gördüyümüz dayanıqlılıq pul ilə asanlıqla əldə edilə bilməyən şeylərə — zamana, xüsusi giriş imkanına və mənaya yönəlib. Lüks artıq insanların nəyə sahib olması deyil, necə yaşaması ilə bağlıdır”.

Hesabata görə lüks dünyasında ön plana çıxan yeni səyahət və həyat tərzi trendləri bunlardır:

* "Immersive Wayfaring" (immersiv səyahətlər): Kütləvi turizm məkanları əvəzinə yerli mədəniyyətlərin dərindən öyrənildiyi fərdi və yavaş səyahət modelləri sürətlə yayılır. Bu tip səyahətlər bu il 20% artıb.

* "Inheritourism (miras turizmi): Zəngin ailələrin birlikdə səyahət etdiyi bu trenddə Z nəsli valideynlərinin səyahət vərdişlərini davam etdirir.

* Lüks kruiz səyahətləri: Dəniz turları həm yeni müştəriləri, həm də sabit lüks istehlakçılarını cəlb etməyə davam edir.

* Az, amma keyfiyyətli qastronomiya: "Gurme" qida sektoru “az, lakin daha yaxşı” prinsipi ilə böyüməsini davam etdirir. İncəsənət bazarında da canlanma əlamətləri müşahidə olunur.

"D’Arpizio" bildirir ki, istehlakçılar artıq daha çox xərcləmək deyil, daha fərqli xərcləmək istəyirlər: “Hər kəs özünü xüsusi və unikal hiss etdirəcək anların axtarışındadır”.

Bizə qoşulun