Medianews.az
Astroloqlara görə iyulun 23-nə qədər bu işləri görmək olmaz
107 baxış

Astroloqlara görə iyulun 23-nə qədər bu işləri görmək olmaz

Gələn həftədən etibarən həyatımızda hər şey yavaşlaya, planlarımız təxirə düşə bilər. Səbəb isə iyunun 29-da start götürəcək və iyulun 23-dək davam edəcək növbəti retroqrad Merkuri dövrüdür.

Astroloqlar bu periodda hər addımda son dərəcə diqqətli olmağı tapşırırlar.

İyulun 23-dək vacib müqavilələr imzalamaq, ev və ya avtomobil kimi böyük satınalmalar etmək olmaz. Eyni zamanda, bu ərəfədə yeni işə düzəlmək və nikah bağlamaq da tövsiyə edilmir, çünki qurulan planlar sonradan pozula bilər.

Üstəlik, iyunun 28, 29 və 30-u tarixlərində təhlükə bəzi sahələrdə pik həddə çatacaq. Bu üç gündə uzaq səfərlərə çıxmaq və mühüm layihələrə başlamaq qətiyyən məsləhət görülmür.

Planet bu dəfə emosional Xərçəng bürcündə geriləyəcək. Bu isə o deməkdir ki, qarşıdakı həftələrdə məntiq arxa plana keçəcək, hamı emosiyalarla qərar verməyə başlayacaq. Keçmiş sevgililərin geri qayıtması, ailədə köhnə incikliklərin və miras davasının yenidən alovlanması gözlənilir. Məişətdə, xüsusilə su borularında və mətbəx texnikasında qəfil qəzalar yaşana bilər.

Astronomlar isə bunun sadəcə sürət fərqindən doğan optik vizual illüziya olduğunu və qorxuya əsas olmadığını bildirirlər. Yenə də astroloqlar bu dövrü yeni işlərə başlamaq üçün yox, köhnə borcları bağlamaq, yarımçıq işləri tamamlamaq və evdəki artıq əşyalardan qurtulmaq üçün şans kimi dəyərləndirməyi məsləhət görürlər.Demokrat.az

Bizə qoşulun