"Mənim "Mədəniyyət" kanalından ayrılmağım yalandır". Medianews.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Mədəniyyət Televiziyasının direktoru Dilarə Səlim məlumat verib.
“Bu barədə heç bir qərar verilməyib. Həmkarlardan xahiş edərdim ki, yalan məlumatlar yaymasınlar. Hazırda məzuniyyətə çıxmışam və bu səbəbdən kanalla bağlı səlahiyyətləri başqa əməkdaşa tapşırmışam. Bunu kanaldan getmək kimi təqdim etmək sadəcə qeyri-etikdir”, - o bildirib.
Qeyd edək ki, Dilarə Səlimin müvafiq əmrlə direktorluqdan kənarlaşdırılması haqda xəbərlər yayılıb.