Azərbaycan televiziyasında Ruben Vardanyanın maliyyə maxinasiyaları və siyasi fəaliyyəti ilə bağlı sənədli film yayımlanıb.
Filmdə Vardanyanın saxlanma şəraitinə dair görüntülər və detallı məlumatlar təqdim olunub.
Süjetdə bildirilir ki, Vardanyan qanunvericiliklə nəzərdə tutulan bütün hüquqlardan istifadə edir. Onun ailə üzvləri ilə telefon əlaqəsi saxlamaq imkanı, həmçinin istintaq təcridxanasının tibbi bloku, idman zalı və kitabxanasına çıxışı var.
Filmdə vurğulanır ki, saxlanma şəraiti beynəlxalq standartlara uyğundur və onun hüquqlarının pozulması ilə bağlı hər hansı məhdudiyyət tətbiq edilmir. Təqdim olunan kadrlar ictimaiyyətdə uzun müddətdir müzakirə olunan mövzuya aydınlıq gətirmək məqsədi daşıyır.
Qeyd edək ki, sənədli film Vardanyanın fəaliyyəti ilə bağlı cəmiyyətdə yaranmış suallara cavab vermək və yayılan iddialara vizual sübutlarla reaksiya göstərmək kimi qiymətləndirilir.