Medianews.az
Uşaqların sosial mediadan istifadəsinə
49 baxış

Uşaqların sosial mediadan istifadəsinə QADAĞA QOYULUR? - Baş nazir narahatdır

Böyük Britaniyanın Baş naziri Kir Starmer 16 yaşdan kiçik uşaqlar və yeniyetmələrin sosial mediadan istifadəsini qadağan etməyi düşünür.

Publika.az xəbər verir ki, barədə "The Guardian" qəzeti baş nazirin Leyborist millət vəkilləri qarşısında etdiyi çıxışa istinadla məlumat yayıb.

Starmer onlara Avstraliyada olduğu kimi uşaqların sosial mediadan istifadəsinin qadağan edilməsi ideyasına açıq olduğunu söyləyib. O, həmçinin uşaqların və yeniyetmələrin telefonlarında keçirdikləri vaxtdan narahatlığını bildirib.

Dünən Britaniya media tənzimləyicisi Ofcom, süni intellekt çatbotu "Grok" tərəfindən yaradılan görüntülərlə bağlı Amerika sosial şəbəkəsi "X"ə qarşı araşdırma başladıb. Tənzimləyici orqan İrlandiya şirkəti olan "X Internet Unlimited Company"nin (XIUC) 2023-cü il Onlayn Təhlükəsizlik Qanunu çərçivəsində öhdəliklərinə əməl edib-etmədiyini araşdırır.

Daha əvvəl bildirilmişdi ki, Böyük Britaniya Avstraliya və Kanada ilə X sosial media platformasına beynəlxalq qadağa qoymaq barədə müzakirələr aparır. London sosial media platformasına inteqrasiya olunmuş "Grok" çatbotundan narahatdır. Çatbot istifadəçilərə istək əsasında qadın və uşaqların açıq-saçıq şəkillərini yaratmağa imkan verir.

Bizə qoşulun