Yasamal rayonu, Tbilisi prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin birində yanğın hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, hadisə səbəbindən "20 Yanvar" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
***
21:40
Paytaxtın Tbilisi prospektində yanğın hadisəsi baş verib.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat verilib. Hadisə şahidlərinin dediklərinə görə, yolda maşın yanmağa başlayıb.
Hadisə nəticəsində yolda sıxlıq yaranıb. Hadisənin görüntülərini təqdim edirik:
Bu gönderiyi Instagram'da gör