Medianews.az
Uşaqlar və böyüklər üçün sosial şəbəkə limiti nə qədər olmalıdır? -
102 baxış

Uşaqlar və böyüklər üçün sosial şəbəkə limiti nə qədər olmalıdır? - Mütəxəssis açıqladı

Sosial şəbəkələrdən istifadə böyüklər üçün gündə 40 dəqiqədən, uşaqlar üçün isə 30 dəqiqədən çox olmamalıdır.

Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının N.P.Bextereva adına İnsan Beyni İnstitutunun direktoru Mixail Didur bildirib.

"Əgər bu sadəcə darıxdırıcı müşahidədirsə, mən gündə 20-40 dəqiqəlik vaxt məhdudiyyəti qoyardım. Uşaq üçün isə yarımsaatlıq limit kifayət edər", - deyə Didur bildirib. O, informasiya gigiyenasına riayət etməyin vacibliyini vurğulayıb.

Alimin sözlərinə görə, uşaqlar və yeniyetmələr üçün sosial mediadan istifadə ilə bağlı aydın qaydaların müəyyən edilməsi xüsusilə vacibdir. O izah edib ki, bu, onlara əldə etdikləri məlumatlara qarşı daha diqqətli olmağa yardım edəcək.

Bizə qoşulun