Türkiyədə yaşayan ukraynalı bir qadının sosial mediada paylaşdığı video böyük maraq doğurub.
Medianews.az xəbər verir ki, qadın, Türkiyənin, xüsusilə də İstanbulun gecə saatlarında belə təhlükəsiz olduğunu bildirib.
Ukraynalı qadın, Paris kimi Avropa şəhərlərində tanımadıqları küçələrdə rahat hərəkət edə bilmədiklərini, İstanbulda isə heç bir narahatlıq duymadan gəzə bildiklərini deyib.
Onun “Türkiyə Avropadan daha təhlükəsizdir” sözləri sosial mediada geniş müzakirə olunub və ölkənin təhlükəsizlik imicinə dair diqqət çəkib.
Medianews.az