UEFA-nın mövcud klub turnirlərində qalib olmuş komandaların siyahısı yenilənib.
Medianews.az xəbər verir ki, 1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış Çempionlar Liqasında “Real” 15, “Milan” 7, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika”, “Nottingem Forest”, “Yuventus”, “Portu”, “Çelsi” və PSJ 2, “Seltik”, “Feyenoord”, “Aston Villa”, “Hamburq”, “Styaua”, PSV, “Srvena Zvezda”, “Marsel”, “Borussiya” (Dortmund) və “Mançester Siti” 1 titula sahibdir.
1971-ci ildən keçirilən, 2009-cu ilədək UEFA kuboku adlanmış Avropa Liqasında “Sevilya” 7, “Tottenhem”, “Liverpul”, “Yuventus”, “İnter” (İtaliya) və “Atletiko” 3, “Feyenoord”, “Borussiya” (Mönhenqladbah), “Ayntraxt” (Frankfurt), “Höteborq”, “Real”, “Parma”, “Portu” və “Çelsi” 2, PSV, “İpsviç”, “Anderlext”, “Bayer”, “Napoli”, “Ayaks”, “Bavariya”, “Şalke”, “Qalatasaray”, “Valensiya”, SSKA (Rusiya), “Zenit”, “Şaxtyor” (Ukrayna), “Mançester Yunayted”, “Vilyarreal”, “Atalanta” və “Aston Villa” 1 uğur qazanıb.
2021-ci ildən keçirilən Konfrans Liqasını “Roma”, “Vest Hem”, “Olimpiakos”, “Çelsi” və “Kristal Pelas” 1 dəfə udub.