Medianews.az
Ucarda mağazanı qarət edən qara maskalılar
61 baxış

Ucarda mağazanı qarət edən qara maskalılar TUTULDU

Ucarda mağazadan oğurluq edən Rüstəm İbrahimov və Tərlan Abbasov saxlanılıblar.

DİN mətbuat xidmətinin Şirvan regional qrupundan Medianews.az-a verilən xəbərə görə, gecə saatlarında qara maska ilə mağazaya daxil olan adıçəkilən şəxslər oradan 1500 manatdan artıq pulu ələ keçirərək öz aralarında bölüblər.

Bundan əlavə, R.İbrahimovun bir müddət əvvəl də eyni mağazadan analoji cinayət əməlini törətdiyi və zərərçəkmişə 3000 manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Bizə qoşulun