8 dekabr 2024-cü ildə Əsəd rejiminin devrilməsindən ötən bir il ərzində 578.000 suriyalı qaçqın Türkiyədən öz ölkəsinə qayıdıb.
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial mediada bildirib.
"Suriyada vətəndaş müharibəsi başlayanda, tarixi irsimizə və sivilizasiya dəyərlərimizə, insan hüquqlarına və qanunlarına uyğun olaraq, Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında suriyalı qardaş və bacılarımızı qucaqladıq. Ən çətin dövrlərində onlar üçün ümid yeri olduq", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, bu proses sadəcə bir qayıdış hərəkatı deyil, həm də yaxşı qonşuluq münasibətlərinin bərpası deməkdir.
"Könüllü qayıdış prosesi boyunca suriyalı qardaşlarımız və bacılarımızla birlikdəyik", - deyə Yerlikaya vurğulayıb.