Medianews.az
Türkiyə ordusu üç istiqamətdən Suriyaya girdi -
175 baxış

Türkiyə ordusu üç istiqamətdən Suriyaya girdi - VİDEO

Türkiyə Silahlı Qüvvələri üç istiqamətdən - Afrin, Rasulayn və Hələbin şimalından Suriyaya daxil olub.

Bu barədə Oxu.Az Türkiyənin "KARAR" nəşrinə istinadən xəbər verir.

Bununla bağlı görüntülər yayılmağa başlayıb. Bölgədən gələn məlumatlara görə, hərbçilər xüsusilə Mənbic xəttinə doğru irəliləyirlər. Eyni zamanda, Dəməşq hökuməti SDQ-nin (Suriya Demokratik Qüvvələri) nəzarətində olan Deyrizora artilleriya və PUA (pilotsuz uçuş aparatı) ilə dəstəklənən əlavə qüvvələr göndərib.

Türkiyə Silahlı Qüvvələrinə məxsus konvoylardan birinin Deyr-Ballut sərhəd qapısından Hələb bölgəsinə, digərinin isə gecə saatlarında Ədvaniyyə sərhəd qapısından Suriyaya daxil olduğu bildirilir. Konvoylarda zirehli texnika ilə yanaşı bir sıra logistik elementlərin də olduğu qeyd edilir.

Bizə qoşulun