“ABŞ Konqresinin üzvləri, həmçinin müttəfiqlik və sülhə dəyər verən liderlər Qrenlandiya qalmaqalının dərslərini görməzdən gəlməməlidirlər”.
Medianews.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət katibi Con Kerri "The New York Times" qəzetində dərc olunmuş məqaləsində bildirib.
Kerri ABŞ prezidenti Donald Trampı müttəfiqlərini təhdid etməklə və onlarla əlaqələri pozmaqla beynəlxalq münasibətləri, eyni zamanda təhlükəsizliyi əsassız şəkildə riskə atmaqda tənqid edib.
"Respublikaçı və Demokrat prezidentlər İkinci Dünya Müharibəsindən sonra onilliklər boyu imperialist güc imicindən qurtulmaq üçün çox çalışıblar. İndi Amerika Qrenlandiyadan Cənubi Amerikaya qədər uzanan 21-ci əsr imperiyası yaratmaq istəyini bəyan edir", - deyə o yazıb.
Kerri, əvvəlki prezidentlərin haqlı, Trampın isə haqsız olduğunu iddia edib.
Medianews.az